×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru: Beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işini dəstəkləməyə çağırırıq

Gəncə, 16 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Ermənistan ordusunun Gəncədə törətdiyi terror hadisəsini kəskin pisləyirik. Mərkəz olaraq erməni terrorizminə qarşı çıxış edirik və haqq-ədalətin yanındayıq. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işini dəstəkləməyə çağırırıq və bu istiqamətdə əlimizdən gələn səyləri əsirgəmirik.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, biz Azərbaycan həqiqətlərini, haqq işini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Gəncə şəhərinə səfər etmişik: “Məqsədimiz beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini və Ermənistan ordusunun ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə törətdikləri vəhşilikləri çatdırmaqdır. İnanırıq ki, Azərbaycan ərazi bütövlüyünü tezliklə təmin edəcək və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq, beynəlxalq ədalət bərpa olunacaq”.

 

2020-10-16 16:34:00