×
A
A
A
Sazlamalar

Elmi seminarda Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəli təhlili aparılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) oktyabrın 16-da Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə həsr olunan elmi seminar öz işinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli “Makroiqtisadiyyat, enerji, nəqliyyat” mövzusunda məruzə edib.
Beş gün davam edəcək seminarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəricilərinin müqayisəli təhlili aparılacaq. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq.

Elm və təhsil 2020-10-16 16:21:00