Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 15 şagirdin və 2 işçinin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Həmçinin 55 şagird, işçi heyətdən isə 21 nəfər koronavirusa yoluxub. Bir sinifdə əyani dərslər bərpa olunub. 10 məktəbdə və 6 sinifdə dərslər təhsilin distant formasına keçirilib.
Xatırladaq ki, respublika üzrə 47 məktəbdə və 65 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid edilib.
“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb
Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib