×
A
A
A
Sazlamalar

Maqnus Karlsen vaxtından əvvəl Stavangerdə keçirilən super turnirin qalibi olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Dünya çempionu norveçli Maqnus Karlsen Stavangerdə keçirilən şahmat üzrə super turnirin doqquzuncu turunda İranlı Alireza Firuzcanı qara fiqurlarla məğlub edərək vaxtından əvvəl yarışın qalibi olub.
AZƏRTAC xəbər verir ki, doqquzuncu turun digər oyunlarının qalibləri armageddonun nəticələri ilə müəyyənləşib. Doqquzuncu turdan sonra M.Karlsen 19,5 xal toplayaraq yarışın bitməsinə bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. Onun ən yaxın izləyicisi A.Firuzca 15,5 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün başa çatacaq turnir altı şahmatçının iştirakı ilə keçirilir.

İdman 2020-10-16 14:28:00