×
A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

Sofiya, 16 oktyabr, AZƏRTAC

Bolqarıstanda koronavirusa yoluxmaların sayı artmaqda davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində 914 nəfər koronavirusa yoluxub. Yoluxanların ümumi sayı 27 min 507 nəfərdir. Hazırda xəstəxanalarda 1426 nəfər, reanimasiya bölmələrində isə 74 nəfər yerləşir. Sağalanların sayı 16 min 678 nəfər, ölənlərin sayı isə 944 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-10-16 14:15:00