×
A
A
A
Sazlamalar

Türkiyənin böyük şəhərlərində COVID-19 xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur

İstanbul, 16 oktyabr, AZƏRTAC
Son bir həftə ərzində başda İstanbul və Bursa olmaqla, Türkiyənin böyük şəhərlərində COVID-19 xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Ölkə ərazisində koronavirusla mübarizənin artıq yeddi aydır davam etdiyini deyən nazir bununla Türkiyə səhiyyə sisteminin çox vacib bir imtahandan uğurla keçdiyini vurğulayıb.
Qeyd edilib ki, pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, sadəcə, COVID-19-un deyil, eyni zamanda, digər nəfəs yolu xəstəliklərinin də qarşısının alınması baxımından çox əhəmiyyətlidir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-16 13:36:00