×
A
A
A
Sazlamalar

Şəkinin üzüm bağlarından 4100 tondan çox məhsul yığılıb

Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında üzüm yığımı yekunlaşmaq üzrədir. Hazırda rayonda 307 hektar bar verən üzüm bağı var. Məhsul istehsalçıları indiyədək 295 hektar bağın məhsulunu yığıb, 4125 ton üzüm tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, builki mövsümdə Şəkinin üzüm bağlarından 4,2 min tondan çox məhsul yığılması proqnozlaşdırılır. Xatırladaq ki, ötən il rayonda 4197 ton üzüm istehsal olunub.

Kənd təsərrüfatı 2020-10-16 13:11:00