×
A
A
A
Sazlamalar

Neft-qaz sektoruna investisiyalar 15 faizdən çox artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 391,2 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda neft-qaz sektorunda 15 milyard 754,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,4 faiz geriləyib.
Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda istehsal edilib. Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 93,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 91,7 faiz olub.
Sentyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3443,8 manat təşkil edib.

Neft - qaz 2020-10-16 13:08:00