×
A
A
A
Sazlamalar

“Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində xoreoqrafik kompozisiya hazırlanıb

Bakı, 16 oktyabr, AZƏRTAC 

Müasir Azərbaycan tarixinin çox mühüm, taleyüklü, zəfər dolu günlərində şanlı Ordumuza dəstək üçün Bakı Xoreoqrafiya Akademiyasının (BXA) start verdiyi “Qarabağ Azərbaycandır!” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində “Zəfər” xoreoqrafik kompozisiyası hazırlanıb.
Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” musiqisi əsasında hazırlanan kompozisiya Bakı Xoreoqrafiya Akademiyasının ali və orta ixtisas təhsil pillələrinin tələbələrinin ifasında təqdim olunub. Yaxın günlərdə videoçarx televiziya, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq.

Elm və təhsil 2020-10-16 13:00:00