×
A
A
A
Sazlamalar

“Vilyarreal”ın müdafiəçisi “Qarabağ”la oyunu buraxacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

İspaniyanın “Vilyarreal” klubunun zədəli futbolçusu Pervis Estupinya üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, millinin düşərgəsində zədələnən ekvadorlu müdafiəçi Avropa Liqasının “I” qrupunun ikinci turunda Ağdamın “Qarabağ” klubuna qarşı matçı buraxacaq.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Qarabağ”-“Vilyarreal” görüşü saat 21:55-də start götürəcək.

İdman 2020-10-16 12:34:00