×
A
A
A
Sazlamalar

Yaqut Qarayeva: Bu gün biz daha çox lokal qapanmalara gedirik

Bakı, 16 oktyabr, AZƏRTAC 

Bu gün biz daha çox lokal qapanmalara gedirik. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də qeyd olunub ki, iqtisadi vəziyyəti nəzərə alaraq ölkələr tam böyük bir qapanmalara getməsinlər, daha çox lokal məhdudiyyətlər tətbiq olunsun. Biz də artıq bu prosesə başlamışıq. Ümid edirik ki, proseslər nəticə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
Onun sözlərinə görə, müsbət nəticə əldə etmək, orduya dəstək olmaq üçün ictimai qınaq olmalıdır. Hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik - maska taxmalı, ara məsafəsi saxlamalı, gigiyena qaydalarına əməl etməliyik. İctimai qınaqdan heç kim çəkinməsin, bu, özümüzü xəstəlikdən qorumaqda da faydalıdır.

Səhiyyə 2020-10-16 12:19:00