×
A
A
A
Sazlamalar

Doqquz ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 8,7 milyard kubmetr təbii qaz ötürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 21 milyard 515,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 8 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 9 ayda qaz nəqlinin 40,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 736,2 milyon kubmetr təbii qaz ixrac edilib.

Neft - qaz 2020-10-16 11:36:00