×
A
A
A
Sazlamalar

Sentyabrın 15-dən bu günədək 1 milyon 300 min şagird əyani təhsilə cəlb olunub

Bakı, 16 oktyabr, AZƏRTAC
Sentyabrın 15-dən bu günədək 1 milyon 300 min şagird əyani təhsil cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.
O bildirib ki, yoluxmaları nəzərə alaraq Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının ərazisində oktyabrın 19-dan noyabrın 2-dək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən ediləcək.
Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti isə dayandırılır.

Elm və təhsil 2020-10-16 11:06:00