Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarının 1.2.5-ci yarımbəndindən “və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:
“1.2.6. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.
2. Bu Qərar 2020-ci il 19 oktyabr saat 00:00-dan qüvvəyə minir.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 16 oktyabr 2020-ci il.

Qərarlar 2020-10-16 10:30:00