×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini A.Mövsümova oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Hadisə 2020-10-15 18:42:00