×
A
A
A
Sazlamalar

Gədəbəydə əvvəllər məhkum olunmuş şəxs avtomobil qaçırmağa cəhd göstərib

Bakı, 15 oktyabr, AZƏRTAC

Gədəbəydə əvvəllər məhkum olunmuş şəxs avtomobil qaçırmağa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-də Gədəbəy Rayon Polis Şöbəsinə Zəhmət kəndi ərazisindən kənd sakini F.Kərimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılmasına cəhd göstərilməsi barədə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2020-10-15 17:31:00