×
A
A
A
Sazlamalar

Şamaxıda əvvəllər məhkum olunmuş şəxsdən odlu silah götürülüb

Bakı, 15 oktyabr, AZƏRTAC

Şamaxıda əvvəllər məhkum olunmuş şəxsdən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Qədimovun evindən lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı ov tüfəngi, 6 ədəd patron və 22 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Hadisə 2020-10-15 16:47:00