×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Dram Teatrı hər zaman veteran aktyorlara diqqət və qayğı ilə yanaşır

Sumqayıt, 15 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Vaqif Səmədzadənin 70 illiyi ilə əlaqədar teatrda pandemiya dövrünün tələbləri çərçivəsində kollektivin yaradıcı heyətinin kiçik heyətlə görüşü keçirilib.
Teatrdan AZƏRTAC–a bildirilib ki, yubilyarı teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək təbrik edib.
Direktor Sumqayıt Dövlət Dram Teatrında hər zaman veteran aktyorlara diqqət və qayğının mövcudluğunu, Vaqif Səmədzadənin də bundan sonra eyni qayğıya şahid olacağını söylədi.
Baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər Namis Şirməmmədov, Növrəstə Həşimova, İlahə Səfərova, Vidadi Məmmədov və direktor müavini Maya Məmmədova Vaqif Səmədzadənin işə hər zaman şövqlə yanaşmasından, insani keyfiyyətlərindən danışdılar. Həmkarlar Komitəsinin Sumqayıt Dövlət Dram Teatrı üzrə sədri Zöhrəli Əliyev mədəniyyət işçiləri və kollektiv adından yubilyara təbrikini çatdırdı.
Sonda teatrın kollektivi adından yubilyara 70 illik yubileyi və uzun illik səmərəli fəaliyyətinə görə fəxri diplom təqdim edilib.

Regionlar 2020-10-15 16:40:00