×
A
A
A
Sazlamalar

Dünya Neft Şurası Azərbaycana dəstəyini bildirib

Bakı, 15 oktyabr, AZƏRTAC

Dünya Neft Şurasının baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə cavab məktubu göndərib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məktubda bölgədə davam edən münaqişə və onun potensial nəticələri barədə xəbərdar olduqları və müraciətin Dünya Neft Şurasının prezidentinə təqdim edildiyi diqqətə çatdırılıb. Baş direktor mövcud vəziyyətlə bağlı Neft Şurasının bütün Milli Komitələrinin məlumatlandırılacağını və bu çətin dövrdə Azərbaycanı dəstəklədiklərini bildirib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən bir sıra beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.

Neft - qaz 2020-10-15 16:34:00