30 çəlləkdən ibarət ekzotik hotel
Bakı, 15 oktyabr, AZƏRTAC
Müasir dövrdə ekzotik yerlərdə qeyri-adi hotellərin tikintisi çox dəbdədir. Meksikada Tekila şəhərinin yaxınlığında 30 çəlləkvarı nömrədən ibarət ekzotik hotelin açılması da turizm həvəskarlarının marağına səbəb olub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Matices Hotel de Barricas”, yəni “barrel otel” adını daşıyan otel tez bir zamanda ölkəyə gələn turistlərin sevimli istirahət məskəninə çevrilib.
Çəlləklərin hər birində rahat yaşamaq üçün 2 nəfərlik çarpayı, mini bar olan qonaq və vanna otaqları, hətta bəzilərində cakuzi də var. Bundan başqa, bütün nömrələr split-sistem və pulsuz internetlə təchiz edilib.
Maraqlıdır ki, otel tekila içkisi istehsal edən zavodun yaxınlığında yerləşir.
Turistlər üçün tez-tez meksikalıların məşhur içkilərinin dadına baxmaq üçün ekskursiyalar da təşkil edilir.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib