×
A
A
A
Sazlamalar

AYB Həmkarlar İttifaqından Silahlı Qüvvələrə dəstək

Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Həmkarlar İttifaqı Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 3 min manat pul köçürüb.
AZƏRTAC-a bu barədə AYB-in Həmkarlar İttifaqının sədri, tanınmış şair Firuzə Məmmədli məlumat verib.
“Bu həssas məqamda hər bir azərbaycanlının ürəyi Qarabağda torpaqlarımızın azadlığı uğrunda döyüşən və böyük zəfərlər qazanan şanlı Azərbaycan Ordusu, rəşadətli Azərbaycan əsgərləri ilə döyünməlidir. Buna görə Silahlı Qüvvələrə kiçicik bir yardım etmək istəyən qələm adamlarının xoş niyyəti təqdirəlayiqdir. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycan Ordusuna yeni qələbələr qazandırsın! Qarabağ Azərbaycandır!”, – deyə bildirib.

Mədəniyyət 2020-10-15 13:47:00