×
A
A
A
Sazlamalar

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.
Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

 

Stepan Mesiç
2000-2010-cu illərdə Xorvatiyanın
Prezidenti

Məktublar 2020-10-15 13:26:00