×
A
A
A
Sazlamalar

® “Kapital Bank” 2020-ci ilin üçüncü rübünün nəticələrini elan edib

“Kapital Bank”ın aktivləri oktyabrın 1-nə 5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Oktyabrın 1-nə bankda müştəri depozitlərinin həcmi 3,7 milyard manat, bankın tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edib.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard&Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə 2020-10-15 12:35:00