×
A
A
A
Sazlamalar

Neftçalada bağlardan 1127 tondan çox meyvə yığılıb

Neftçala, 15 oktyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 591.8 hektar çoxillik meyvə bağlarından 1156 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparır. Bağbanlar cari ilin 9 ayı ərzində ağaclardan 1127.5 ton məhsul toplayıblar. Tədarük olunan meyvənin 118.1 tonunu alma, 46.8 tonunu armud, 57.9 tonunu ərik, 11.4 tonunu albalı, 26.8 tonunu şaftalı, 230.1 tonunu gavalı, 166.8 tonunu alça, 26.6 tonunu gilas, 16.6 tonunu fındıq, 261.8 tonunu nar, 72.2 tonunu heyva, 92.4 tonunu isə digər meyvələr təşkil edib.
Rayonda meyvə yığımı davam edir.

Kənd təsərrüfatı 2020-10-15 12:34:00