×
A
A
A
Sazlamalar

Masallıda payızlıq taxıl əkininə 216 texnika cəlb edilib

Masallı, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda payızlıq taxıl əkininə başlanılıb. Əkin kampaniyasına 216 ədəd texnika cəlb olunub. Onlardan 36-sı səpin aqreqatıdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qısa vaxtda 8070 hektara yaxın sahədə arpa, buğda, vələmir səpini aparılıb. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər.
Qeyd edək ki, bu il Masallıda yazlıq əkinlər üçün 14622 hektar sahədə şum aparılması proqnozlaşdırılıb. Artıq 9246,5 hektar sahə şumlanıb və bu iş davam etdirilir.

Kənd təsərrüfatı 2020-10-15 12:05:00