×
A
A
A
Sazlamalar

Zərdabda payızlıq taxıl əkininə 71 şum traktoru, 46 səpin aqreqatı cəlb olunub

Zərdab, 15 oktyabr, AZƏRTAC

Zərdab rayonunda payızlıq taxıl əkini sürətlə davam edir və bu mühüm kampaniyaya 71 şum traktoru, 46 səpin aqreqatı cəlb olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermerlər və fiziki şəxslər respublikamızdakı hərbi vəziyyət şəraitində bu mühüm tədbirin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələri səfərbərliyə alıblar. Gələn ilin məhsulu üçün 18 min hektarda payızlıq taxıl səpini gözlənilir. Artıq 14 min hektarda şum qaldırılıb, şum altına 27,3 ton mineral gübrə verilib.
Qeyd edək ki, qısa müddətdə 2600 hektardan çox sahədən səpin aparılıb. Əkin rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Yuxarı Seyidlər, Bıçaqçı, Alıcanlı, Şəftəhal, Şahhüseyinli ərazi dairələrində, “Aqrobaz” MMC-də daha mütəşəkkilliklə davam etdirilir.

 

Kənd təsərrüfatı 2020-10-15 12:03:00