×
A
A
A
Sazlamalar

Yaponiyada superkompüter üz üçün yeni növ maskanın hazırlanmasına kömək edib

Tokio, 15 oktyabr, AZƏRTAC
Yaponiyalı tədqiqatçılar “Fudaku” superkompüterinin təqdim etdiyi məlumatlar əsasında üz üçün koronavirusa yoluxma riskini xeyli azaldan yeni maska hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, “RIKEN” Tədqiqat İnstitutu artıq üz üçün yeni maskanı ictimaiyyətə təqdim edib. Yeni maskanın “Suntory Liquors” içki şirkəti və “Toppan” poliqrafiya şirkəti ilə birlikdə hazırlandığı qeyd edilir.
Bildirilir ki, üz üçün yeni maska hazırlanarkən ağızdan su damcılarının yayılmasının qarşısını alan bu vasitənin çoxsaylı nümunələri təhlil edilib.
Tədqiqatçıların bildirdiyinə görə, hazırda populyar olan tibbi maskaların əksəriyyəti ağız damcılarının təqribən 30 faizinin yayılmasının qarşısını alır. Yeni maskanın bu göstəricisi isə 70 faizə çatır.
Eyni zamanda, üz üçün yeni maskanın həm eynəkdən, həm də maskadan ibarət olduğu bildirilir. Yemək yeyərkən və su içərkən onu çıxarmağın çox rahat olduğu da qeyd edilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2020-10-15 10:14:00