×
A
A
A
Sazlamalar

Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Ankara, 14 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, Türkiyə-Rusiya əlaqələrinin inkişafına dair addımların müzakirə olunduğu danışıqda Ermənistan-Azərbaycan məsələsi, Suriya və Liviyadakı vəziyyətlər də dəyərləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Azərbaycan ərazisinə hücum edərək yeni bir böhran yaradan Ermənistanın 30 ilə yaxın zamanda həyata keçirdiyi işğalçılığını davam etdirməyə çalışdığını bildirərək, Türkiyənin istər Minsk qrupu daxilindəki statusla, istərsə də ikitərəfli əlaqələr çərçivəsində bu məsələnin dayanıqlı bir həllə çatmasına tərəfdar olduğunu ifadə edib.
Türkiyənin dövlət başçısı, həmçinin Suriya böhranının siyasi həll variantının qorunmasının vacibliyini də vurğulayıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-14 21:19:00