×
A
A
A
Sazlamalar

Oktyabrın 19-dan X-XI sinif şagirdləri müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.
Təhsil Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır, müvafiq qurumların məlumatları əsasında bu günədək ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.
Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, oktyabrın 15-dən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

Elm və təhsil 2020-10-14 21:08:00