×
A
A
A
Sazlamalar

İraqın şimalında daha bir təhlükəli terrorçu məhv edilib

Ankara, 14 oktyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında daha bir uğurlu antitterror əməliyyatı keçirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İraqın Sincar bölgəsində PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən biri zərərsizləşdirilib. Bildirilir ki, məhv edilən Fuat Zengin “Serhat Patnos” ləqəbi ilə fəaliyyət göstərib. O, çox təhlükəli terrorçular sırasında axtarışda olub. Hələlik əməliyyatın təfərrüatı barədə məlumat verilməyib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-14 20:07:00