×
A
A
A
Sazlamalar

Türkiyədə saxta içki istehsalında şübhəli bilinən 60 nəfər həbs edilib

İstanbul, 14 oktyabr, AZƏRTAC

Türkiyədə son altı gün ərzində saxta içkidən zəhərlənərək ölənlərin sayı 45-ə çatıb.
AZƏRTAC xəbər verir ki, ölkədə saxta içki istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilir. Türkiyənin 18 vilayətində keçirilən əməliyyatlar nəticəsində saxta içkilərin hazırlanmasında şübhəli bilinən 227 nəfər saxlanılıb. Onlardan 60-ı barəsində həbs qətimkan tədbiri seçilib.
Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.
Keçirilən əməliyyatlar zamanı tonlarla saxta içki və bu içkilərin hazırlanmasında istifadə olunan vasitələr ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-14 18:46:00