×
A
A
A
Sazlamalar

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 44 hərbçi saxlanılıb

İstanbul, 14 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin 15 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 47 üzvündən 44-ü saxlanılıb.
Digər şübhəli şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-14 18:31:00