×
A
A
A
Sazlamalar

“Refinitiv”: Qış mövsümündə qlobal LNG tələbatı tədarükü ötəcək

Bakı, 14 oktyabr, AZƏRTAC

Qış mövsümündə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tələbatı tədarükü geridə qoyacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə tankerlərin monitorinq şirkəti “Refinitiv” məlumat yayıb.
Bildirilir ki, cari ildə qlobal LNG tələbatı 4 faiz artacaq. Tələbatın əsas hissəsi Çin, Yaponiya və Cənubi Asiya ölkələrində formalaşacaq. LNG tələbatı koronavirus və iqtisadi çətinliklər fonunda qış mövsümündə 4 milyard kubmetr artacaq. Bununla birlikdə qlobal LNG tədarükünün isə ABŞ-ın liderliyində 3 milyard kubmetr artacağı gözlənilir.
Analitiklərin fikrincə, LNG üzrə tələb-təklif balansı qış mövsümünün şiddəti, COVID-19-un təsirləri və hökumətlərin siyasətləri ilə dəyişə bilər.

 

Neft - qaz 2020-10-14 18:29:00