×
A
A
A
Sazlamalar

Kitabxana #Qarabagdayasanmisxatireler adlı çağırış yaradıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #Qarabagdayasanmisxatireler adlı çağırış yaradıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu çağırışın mövzusu insanlarımızın Qarabağda yaşadığı günlərdən, oradakı xoş xatirələrindən bəhs edir. Çağırışa hər kəs qoşula bilər.
Xətai rayon MKS-in Instagram:@xetaimks75 səhifəsinin drektinə Qarabağ torpaqlarında yaşadığınız xatirələri göndərə bilərsiniz.

 

Mədəniyyət 2020-10-14 16:57:00