×
A
A
A
Sazlamalar

UNEC-in tələbələri London İqtisadiyyat Məktəbini uğurla bitiriblər

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramının məzunu olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələr ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər universitetin təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən keçirilib.
Dördillik illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər.
Qeyd edək ki, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.

Elm və təhsil 2020-10-14 16:18:00