×
A
A
A
Sazlamalar

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 14 oktyabr, AZƏRTAC
Ordumuzun göstərdiyi qəhrəmanlıq bizdə qələbə sevincinin yaxınlaşmasına böyük inam yaradır.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hər biz üzvü cəbhədə baş verən hadisələri, dövlət başçımızın inamlı və qətiyyətli çıxışlarını diqqətlə izləyir və qəhrəman Ordumuza mənəvi dəstək olur.
AZƏRTAC xəbər verir ki, məktəbin kollektivi könüllü olaraq Azərbaycan Ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində pul vəsaiti ianə edib.

Mədəniyyət 2020-10-14 15:25:00