×
A
A
A
Sazlamalar

Özbəkistanda koronavirusa yoluxanların sayı 62 minə çatıb

Daşkənd, 14 oktyabr, АZƏRTAC

Son sutkada Özbəkistanda COVID-19 koronavirusuna 329 nəfər yoluxub, pandemiya dövründə xəstələrin sayı 61 min 859 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstəxanalarda 2 min 584 nəfər müalicə olunur. 319 xəstənin vəziyyətinin ağır, 106-nın isə çox ağır olduğu bildirilir.
Son sutkada 2 xəstə dünyasını dəyişib, ölənlərin sayı 512-yə çatıb.
Qeyd olunur ki, son gündə 694, ümumiyyətlə isə 58 min 763 xəstə müalicə olunaraq evə buraxılıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Dünya 2020-10-14 14:43:00