×
A
A
A
Sazlamalar

“Qarabağ Azərbaycandır” adlı vorkşop təşkil olunub

Bakı, 14 oktyabr, AZƏRTAC 

İçərişəhərdə yerləşən “Art Tower”də “Arts Council Azerbaijan” tərəfindən “Qarabağ Azərbaycandır” adlı vorkşop layihəsi start götürüb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın tarixi ərazisində müharibənin getdiyi bu günlərdə hərbçilərimizə mənəvi dəstək olmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu daha da yüksəltməkdir.
Layihə çərçivəsində rəssamlar Nigar Familsoy, Kamila Muradova, Röya Həsənova, Nuray Allahverdiyeva, Mətanət Niftəliyeva və Rosa Muradovanın əl işlərindəın ibarət sərgi də təşkil edilib.

Mədəniyyət 2020-10-14 14:40:00