×
A
A
A
Sazlamalar

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50100186S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 582 milyon 493 min 900 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5351 AZN (6.01 faiz), orta ölçülmüş qiyməti isə 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar noyabrın 11-də ödəniləcək.

 

Maliyyə 2020-10-14 13:57:00