×
A
A
A
Sazlamalar

Sentyabrda qlobal neft tədarükü azalıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Sentyabrda qlobal neft təklifi avqust ayı ilə müqayisədə orta hesabla 600 min barrel azalaraq gündəlik 91 milyon 100 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü isə 230 min barrel geriləyərək sutkada 61 milyon 880 min barrel olub.

Neft - qaz 2020-10-14 13:36:00