×
A
A
A
Sazlamalar

Neymar yeni rekord müəyyənləşdirib

Bakı, 14 oktyabr, AZƏRTAC

Neymar Braziliya millisində ən çox qol vuran ikinci futbolçu olaraq Ronaldonu geridə qoyub.
AZƏRTAC xəbər verir ki, ötən gün keçirilən Peru–Braziliya (2:4) matçında het-trik edən Neymar yığmada ən çox qol vuran ikinci futbolçu olub. İyirmi səkkiz yaşlı futbolçu 103 oyunda 64 qol vuraraq braziliyalı Ronaldo Nazarionu da qabaqlayıb.
Qeyd edək ki, dünya kubokunun sahibi Ronaldo 98 oyunda 62 qol vurub. Braziliyalı əfsanəvi futbolçu Pele isə 77 qol ilə hələ də millidə ən çox qol vuran futbolçudur.

İdman 2020-10-14 12:36:00