×
A
A
A
Sazlamalar

Ermənistanda son sutka ərzində koronavirusa mindən çox yoluxma halı qeydə alınıb

Tbilisi, 14 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxma kütləvi hal alıb. Son sutka ərzində ölkədə 1058 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 58 min 624-də çatıb. Pandemiya qurbanlarının sayı isə 1039-a çatıb ki, onların da 7-si son sutkada ölüb.
Hazırda Ermənistanda 10 561 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-10-14 11:38:00