×
A
A
A
Sazlamalar

Saatlıda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

Saatlı, 14 oktyabr, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 9 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 5 min 921,3 ton ət (diri çəkidə), 32 min 375,6 ton süd, 209,5 ton yun, 10 milyon 910 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 5,3 ton, süddən 22,9 ton, yundan 15 ton, yumurtadan isə 176 min ədəd çox çoxdur.

Kənd təsərrüfatı 2020-10-14 11:17:00