×
A
A
A
Sazlamalar

Kriştiano Ronaldo koronavirusa yoluxub

Bakı, 13 oktyabr, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.
AZƏRTAC Portuqaliya Futbol Federasiyasına istinadla xəbər verir ki, hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.
Beləliklə, Ronaldo oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində İsveçdə keçiriləcək matçı buraxacaq.

İdman 2020-10-13 18:42:00