×
A
A
A
Sazlamalar

Yeni mövsümün birinci “El-Klassiko”sunun vaxtı müəyyənləşib

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə İspaniya çempionatının VII turunda keçiriləcək “Barselona”–“Real Madrid” matçının vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “El-Klassiko” oktyabrın 24-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, 5 turdan sonra “Real” 10 xalla 1-ci, “Barselona” 7 xalla 6-cı yerdə qərarlaşıb. Madrid təmsilçisi 4, kataloniyalılar isə 3 matç keçirib.

 

İdman 2020-10-13 18:12:00