×
A
A
A
Sazlamalar

Eden Hazard cari ildə qiyməti ən çox ucuzlaşan futbolçuların sıyahısına başçılıq edir

Bakı, 13 oktyabr, AZƏRTAC

“Transfermarkt” saytı 2020-ci ildə qiyməti ən çox ucuzlaşan futbolçuların siyahısını hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reytinqin lideri İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Eden Hazarddır. Transfer dəyəri 120 milyon olan futbolçu hazırkı qiyməti 60 milyon avrodur. Bu sıyahıda ikinci və üçüncü pillələrdə müvafiq olaraq “Barselona”nın hücumçuları Lionel Messi və Antuan Qrizman qərarlaşıblar. Dördüncü sırada “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq, beşinci isə “Paris Sen-Jermen”in hücumçusu Neymar yer alıblar.

İdman 2020-10-13 17:12:00