×
A
A
A
Sazlamalar

Balakəndə indiyədək 32 min tondan çox dən qarğıdalı istehsal olunub

Balakən, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakənli fermerlər bu il 7 min 515 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 5 min 300 hektar sahənin məhsulu yığılıb, 32 min tondan çox dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 60,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Sektor müdirinin sözlərinə görə, cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.

Kənd təsərrüfatı 2020-10-13 17:05:00