×
A
A
A
Sazlamalar

Vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə Bakı Media Mərkəzi ilə birgə videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Mübariz Tağıyev Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin qarşısında “Ulu torpaq” mahnısını ifa edir.
Sözügedən videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/PhzEi2UU_jI 

Mədəniyyət 2020-10-13 16:56:00