×
A
A
A
Sazlamalar

İlin ötən doqquz ayı Ağdaş heyvandarları üçün uğurlu olub

Ağdaş, 13 oktyabr, AZƏRTAC

Ağdaş rayonunun heyvandarları ötən doqquz ayı uğurlu nəticələrlə başa vurublar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrünə nisbətən artıb. Belə ki, diri çəkidə ət istehsalı 16 ton artaraq 8 min 42 ton olub. Habelə, süd istehsalı 1630 ton çoxalıb və 35 min 796 tona, yumurta istehsalı 1 milyon 842 min ədəd artıb və 19 milyon 467 minə, yun istehsalı isə 300 kiloqram artıb və 165,3 tona çatıb.
Qeyd edək ki, heyvandarlıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 73 min 226 baş iribuynuzlu mal-qara, 81 min 476 baş davar, 288 min 413 baş quş bəslənilir.

Kənd təsərrüfatı 2020-10-13 16:38:00