×
A
A
A
Sazlamalar

Göyçayda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Göyçay rayonunda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da rayon ərazisində “VAZ-2106” markalı avtomobildən 100 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Yusibov saxlanılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən təhqiqatlar davam edir.

Hadisə 2020-10-13 16:30:00